Məşhur insayder Fabritsio Romano Juninyonun “Qarabağ”dan “Sevilya”ya keçidi ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, italiyalı jurnalist tərəflərin artıq ortaq məxrəcə gəlməyə yaxın olduğunu yazıb.
İspaniya klubu 28 yaşlı hücumçuya görə “Qarabağ”a birbaşa 4 milyon, daha sonra isə 1 milyon avro ödəyəcək. Gələcəkdə Juninyo hər hansı kluba transfer olunarsa, satışdan əldə olunan vəsaitin 20 faizi Ağdam klubuna ödəniləcək.
Bəzi xırda detallara aydınlıq gəldikdən sonra transfer açıqlanacaq.
Xatırladaq ki, Juninyo “Qarabağ”a 2023-cü ildə Portuqaliyanın “Şaveş" klubundan keçmişdi. O, “Qarabağ”ın heyətində 48 oyuna 23 qol vurub.