I Liqada çıxış edən "Mingəçevir" klubu ilə azərbaycanlı iş adamı Adnan Əhmədzadəyə məxsus ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sportnet.az-ın məlumatına görə, tədbirdə ASTA-nın prezidenti Rafael Bünyatov, Mingəçevir" klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov və Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev iştirak edib.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Müqaviləni N.Əhmədov və R.Bünyatov imzalayıb.
Qeyd edək ki, tərəfdaşlıq müqaviləsinin vasitəçisi FİF-dir.