"Qarabağ" klubu Azərbaycan Premyer Liqasındakı ev oyunlarında tamaşaçı sayını artırmaq üçün tədbirlər görməyə başlayıb.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, ilk addım "Şamaxı" ilə XIX tur qarşılaşmasında atılıb. Görüşün fasiləsində müğənni Mərdan Kazımov mahnılar ifa edib. Klub rəsmisi əvvəlki ev oyunları ilə müqayisədə müəyyən artım müşahidə etdiklərini söyləyib.
O, gələcək planlardan da danışıb: "Bəzi planlarımız var. Onları həftənin gedişində açıqlayacağıq. Qısa muddətdə trribunaları doldurmaq qeyri-mümkuňdur. Bunun üçün planlı və davamlı iş lazımdır. Ümumilikdə isə konsertlər, hədiyyələr, fan-zonalar və müxtəlif əyləncələr təşkil etmək niyyətindəyik".
Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" matçını 1 010 tamaşaçı izləyib. 5 qolun vurulduğu görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb- 3:2.