“Kəpəz” yayda heyətinə qatdığı legionerlərindən birini göndərməyi bacarıb.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisi Lassana Ndiaye ilə yollarını ayırıb. Qış fasiləsini əvəzedici heyətdə hazırlaşmış Ndiayenin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Lassana Ndiaye komandaya mövsümün əvvəlində keçmişdi. 24 yaşlı hücumçu ÇSKA, "Eskilstuna", "Veles", "Tekstilşik", "Arda", "Radniçki"(Nis), "Botev"(Vratsa) klublarında oynamışdı.