La Liqanın XXI turu “Valensiya”nın darmadağını ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, “Barselona”nın darmadağın etdiyi “yarasalar” La Liqa tarixində 8-ci dəfə bir oyunda 7 top buraxıb.
Kataloniyada 1:7 hesabı ilə uduzan “Valensiya” sonuncu dəfə 70 il əvvəl belə aqibətlə üzləşib. 1955-ci ilin martında “Alaves” “yarasalar”ın qapısına 7 dəfə yol tapıb – 7:0.
Qeyd edək ki, “Valensiya” 21 turdan sonra 16 xalla 19-cu pillədə qərarlaşıb.