Nobel Mükafatı mərkəzi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilə əməkdaşlığı dayandırması haqda qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, bu haqda Nobel Mükafatı mərkəzinin mətbuat xidməti məlumat yayıb.
"Direktorlar Şurası rəhbərliyə tapşırıb ki, FİFA ilə əməkdaşlığı bacardıqca tez dayandırsınlar", - mərkəz bildirib.
Qeyd edək ki, FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı İnterpol, eləcə də "Coca-Cola", "Adidas", "Visa","McDonald's" və "Hyundai" kimi şirkətlər qurumla əməkdaşlığı dayandırıblar.