
Bu gün "Qəbələ” Ərzurum toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən "Aşkalespor”la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Ərzurumun U-21 komandası ilə qarşılaşmışdı. Əyalət təmsilçisi həmin matçda Aleksey Qayın dublu ilə 2:1 hesablı qələbə qazanmışdı.









































































