
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A millimiz Latviya yığması ilə qarşılaşacaq. Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.