
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin sonuncu cavab görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi" eyniadlı arenada "Kəpəz"i qəbul edib. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 27-ci dəqiqədə "ağ-qaralar"ın yeni transferi Bassala Sambu vurub.
İngiltərəli legioner 61-ci dəqiqədə də "fərqlənib". O, rəqib oyunçu Elmir Tağıyevlə mübarizədə kobudluq etdiyi üçün əvvəlcə sarı vərəqə alıb. Lakin VAR-ın müdaxiləsindən sonra referi "sarı"nı birbaşa qırmızı vərəqə ilə əvəzləyərək, hücumçunu meydandan qovub.
Lakin "Kəpəz" say üstünlüyündən yararlana bilməyib. Nəticədə ilk oyunda da 2:0 hesabı ilə qalib gəlmiş "ağ-qaralar" yarımfinala yüksəlib. Finala gedən yolda rəqib "Sabah" komandası olacaq.
Digər yarımfinalda isə "Qarabağ" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşacaq.
----------------------
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" eyni adlı İdman Kompleksinin stadionunda "Araz-Naxçıvan"ı qəbul edib.
"Araz-Naxçıvan" iki oyunun ümumi hesabında 3:0 hesabı ilə qalib gələrək, yarımfinal mərhələsinə yüksəlib. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv "Qarabağ"la qarşılaşacaq.
-------------------------------
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab görüşü keçiriləcək.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Zirə" "Araz-Naxçıvan"ı məğlub edəcək. Zirə İdman Kompleksində keçiriləcək qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək. İlk matçda Muxtar Respublika təmsilçisi minimal hesabla qələbə qazanıb.
Günün digər matçında "Neftçi" "Kəpəz"lə qarşılaşacaq. “Neftçi Arena”da baş tutacaq oyunun baş hakimi Rəşad Əhmədov olacaq. Bu komandalar arasındakı ilk oyunda “flaqman” 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gün keçirilən oyunlardan sonra "Qarabağ" və "Sabah" yarımfinala yüksəlib. "Zirə" - "Araz-Naxçıvan" cütünün qalibi "Qarabağ"a, "Neftçi" - "Kəpəz" duelinin üstün komandası isə "Sabah"a rəqib olacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00. “Zirə” – “Araz-Naxçıvan” - 20
Qollar: Felipe Santos, 3; 45 (hər ikisi penalti ilə)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.
19:30. “Neftçi” – “Kəpəz” - 1:0
Qol: Bassala Sambu, 27
Qırmızı vərəqə: Bassala Sambu, 61 ("Neftçi")
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
"Neftçi Arena".
İlk oyun: 2:0.