
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.
Günün ilk oyununda Belçikada "Brügge" və İngiltərənin "Aston Villa" komandaları qarşılaşıb. Qonaqlar səfərdə asan qələbə qazanaraq, mərhələ adalamaq şanslarını xeyli artırıblar.
Gecənin qarşılaşmaları arasında turnirin son qalibi İspaniyanın "Real Madrid" komandasının "Atletiko" ilə görüşü daha çox diqqət mərkəzində olub. Yerli azarkeşləri önündə çətin qələbəyə sevinən “Kral klubu” səfər oyunu öncəsi minimal üstülük əldə edib.
İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırmış “PSV Eyndhohen” isə Niderlandda İngiltərə "Arsenal"ına ağlagəlməz hesabla uduzub. Rəqibini səfərdə darmadağın edən londonluları növbəti mərhələdə hesab etmək olar.
Ötən mövsümün finalçısı Almaniya "Borussiya"sı da işini çətinə salıb. Dortmundlular yerli azarkeşləri önündə “Lill”lə bacarmayıblar. Təkrar oyunda “Borussiya”nı Fransada çətin sınaq gözləyir.
Qeyd edək ki, mərhələnin digər 4 oyunu martın 5-də keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21:45. "Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) – 1:3
00:00. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya) – 2:1
00:00. “PSV Eyndhoven” (Niderland) - "Arsenal" (İngiltərə) – 1:7
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) – 1:1
-------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.
Əvvəlcə Belçikada "Brügge" və İngiltərənin "Aston Villa" komandaları münasibətlərinə aydınlıq gətirəcək.
Gecənin qarşılaşmaları arasında turnirin son qalibi İspaniyanın "Real Madrid" komandasının "Atletiko" ilə görüşü daha çox diqqət mərkəzində olacaq.
Ötən mövsümün finalçısı Almaniya "Borussiya"sı isə Dortmundda Fransa "Lill"ini qəbul edəcək.
İtaliya "Yuventus"unu mübarizədən kənarlaşdırmış PSV isə Niderlandda İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21:45. "Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə)
00:00. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)
00:00. PSV (Niderland) - "Arsenal" (İngiltərə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa)
Qeyd edək ki, bu mərhələnin digər 4 ilk oyunu martın 5-də keçiriləcək. Cavab qarşılaşmaları isə 11-12 martda olacaq.