
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Səbri Sarioğlu ilə müqaviləni yeniləyib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
30 yaşlı müdafiəçi ilə 1+1 sxemi üzrə yeni müqavilə imzalanıb. İlk mövsümdə Sabrinin 15 rəsmi oyunda ilk "11"likdə oynayacağı təqdirdə müqavilə uzatılacaq.
Futbolçu mövsümünə 4 800 000 lirə, oyun başına isə 45 000 lirə qazanacaq. 15 rəsmi matçda iştirak edəcəyi təqdirdə isə 300 000 lirə mükafat qazanacaq.








































































