
AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev və baş katib Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar.
Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.
Qeyd edək ki, U-21 martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Milli komanda martın 22-də Moldova, martın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.