
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
19:00. Bosniya və Herseqovina (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)