
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.
Sportnet.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub.
Qiymətli materialllardan istifadə olunaraq hazırlanan medallar yüksək keyfiyyəti ilə seçilir.
Qeyd edək ki, dünya çempionatı mayın 22-dən iyunun 1-dək Milli Gimnastika Arenasında olacaq.