
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, lqar Aslanovun baş məşqçi olduğu kollektiv Türkiyə millisi ilə qarşılaşacaq.
Xorvatiyada təşkil olunacaq 7-ci qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın U-19 millisi daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.