
"Neftçi" və "Araz-Naxçıvan" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra insident baş verib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın ardından yerli azarkeşlər qonaq komandanın kapitanı Ürfan Abbasovla münaqişəyə giriblər. Abbasovun onlara cavabı aranın daha da qızışmasına səbəb olub.
Hadisə yerinə "Neftçi"nin sabiq futbolçusu, hazırda "Araz-Naxçıvan"da çıxış edən Qara Qarayev və digər futbolçular da gəliblər.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.