
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Ramazan ayı münasibətilə dünya müsəlmanlarına müraciət edib.
Sportnet.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial media hesabında paylaşım edib.
“Hamını Ramazan bayramına xoş ovqatda qeyd etmələrini arzulayıram! Qoy, bu xüsusi dövr sizə və əzizlərinizə sevinc, sülh və xoşbəxtlik gətirsin”, – deyə o qeyd edib.