
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi “Birbaşa Bakı” və gümüş mükafatçısı “Zirə”nin iştirak edəcəyi Çempionlar Liqasının (ÇL) hansı ölkədə keçiriləcəyi bəlli olub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq.
ÇL-dən bir həftə sonra isə orada Azərbaycanı Avropa kubokunda “Aznur” təmsil edəcək.
Qeyd edək ki, ÇL-in son qalibi “Birbaşa Bakı”dır.