
Azərbaycan yığmalarının, xüsusən əsas milli komandanın nəticələrindən razı deyilik.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun növbəti konfransında deyib.
O, baş məşqçi Fernandu Santuşla görüşdüklərini və nəticələrdən narahatlıqlarını diqqətə çatdırdıqlarını söyləyib.
Nəcəf AVRO-2028-ə vəsiqə hədəfinin dəyişməz olaraq qaldığını əlavə edib. AFFA prezidenti gedişatdan asılı olaraq, müəyyən qərarlar qəbul edəcəklərini istisna etməyib.
O, U-21 yığmasının və qadınlardan ibarət milli komandanın son nəticələrinin gələcəyə ümid verdiyini də diqqətə çatdırıb.