
UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait məlum olub.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumu toplam 38 milyon 716 min 172 manat vəsait ayırıb.
Bu məbləğin böyük hissəsi "Qarabağ"ın payına düşüb - 28 milyon 319 min 296 manat.
UEFA 3 milyon 216 min 762 manat "Zirə"yə, 2 milyon 561 min 814 manatı "Sabah"a, 1 milyon 419 min 053 manatı "Sumqayıt"a, 878 min 948 manatı "Neftçi"yə, 577 min 585 manatı "Qəbələ"yə, 447 min 668 manatı "Səbail"ə, 426 min 696 manatı "Turan Tovuz"a, 413 min 943 manatı "Şamaxı"ya, 413 min 943 manat "Kəpəz"ə, 40 min 470 manat "Araz-Naxçıvan"a verib.