
AFFA-nın Hesabat Konfransında Maliyyə Hesabatı sonadək təqdim olunmayıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb qurumun Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Emil Nəcəfovun çıxışı zamanı rəqəmləri qarışdırması olub.
Milli komanda üçün ayrılan vəsaiti dəqiq söyləməkdə çətinlik çəkən Nəcəfov əlindəki vərəqlərdən dəqiq rəqəmi axtarmağa başlayıb.
Zalda bir müddətlik pauza yaranıb. Sükutu AFFA prezidenti Rövşən Nəcəf pozub. O, "ilişib-qalan" Nəcəfovun köməyinə çatıb. Nəcəf bildirib ki, bütün gəlirlər və xərclər hesabatda əksini tapıb və buna görə çox vaxt itirməyə gərək yoxdur.
Emil Nəcəfovun Rövşən Nəcəfin yaxın qohumu olduğu bildirilir.