
"Sumqayıt" komandası Azərbaycan Premyer Liqasının XXX turunda "Şamaxı"nı qəbul edib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə sevinib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə hesabı meydan sahibləri açıb. Roi Kehat 9-cu dəqiqədə fərqlənib.
"Şirlər"in heyətində isə Maykl Tuiklə (57) Alfons Msanqa (60) qol vurub.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu nəticə ilə xallarının sayını 31-ə çatdıraraq "Sumqayıt"ı keçib. Vaqif Cavadovun komandası 29 xalla 8-ci pilləyə düşüb.
Qeyd edək ki, turun digər matçlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Turan Tovuz" evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
-----------------------
Azərbaycan Premyer Liqasında XXX turun ikinci günündə “Turan Tovuz” və “Sabah” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada hesabı 14-cü dəqiqədə qonaqların futbolçusu Anatoli Nuriyev açıb. Meydan sahiblərindən 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-də isə Joarlem Santos fərqlənib.
Tovuz şəhər stadionunda baş tutan matçın 21-ci dəqiqəsində “bozqurdlar”ın baş məşqçisi Kurban Berdiyev, 45+2-ci dəqiqədə isə Pavel Şafranko meydandan qovulub.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası xallarını 47-yə çatdıraraq, 3-cü pillədə yer alan “Araz-Naxçıvan”la xal fərqini 4-ə endirib. “Sabah” 36 xalla 5-ci pillədə qərarlaşır.
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” səfərdə “Səbail” i 4:1 hesabı ilə darmadağın edib.
------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq “Turan Tovuz” doğma meydanında “Sabah"la üz-üzə gələcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Komandalar arasında keçirilən son üç oyunda hər iki kollektiv qol sevinci yaşayıb. “Turan Tovuz” son 7 qarşılaşmada qol vurub.
Günün digər oyununda isə "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:15-də başlayacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Son 3 oyunda meydan sahibi olan tərəf qalib gəlib. “Şamaxı” son 4 səfərdə qələbə qazanmayıb.
"Turan Tovuz" 44 xalla 4-cü, "Sabah" isə 36 xalla 5-cidir. "Sumqayıt" komandası 29 xalla 7-ci sırada qərarlaşıb. "Şamaxı" 1 xal az toplayaraq 8-cidir.
Turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"i üstələyib - 4:1.
Azərbaycan Premyer Liqası, XXX tur
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah” - 2:1
Qollar: Ayxan Hüseynov, 56. Joarlem Santos, 57 - Anatoli Nuriyev, 14
"Qırmızı vərəqələr,: Kurban Berdıyev, 21 - Pavol Şafronko"45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu
19:15. “Sumqayıt” – “Şamaxı” - 1:2
Qol: Roi Kehat, 9 - Maykl Tuik, 57. Alfonso Msanqa, 60
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:15
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qeyd edək ki, XXX turun digər matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.