
ABŞ-ın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Sportnet.az-ın xəbərinə görə, bu barədə “The Athletic”in jurnalisti Devid Ornşteyn məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda yeni müqavilənin şərtləri müzakirə olunur. Bildirilir ki, tərəflər razılığa yaxındırlar və tezliklə yeni anlaşmanın imzalanacağı gözlənilir.
37 yaşlı kapitan MLS-in cari mövsümündə dörd oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
Xatırladaq ki, ötən mövsüm Messi MLS-in çempionu olub və turnirin ən yaxşı oyunçusu seçildi.
Qeyd edək ki, Messi 2023-cü ilində PSJ-dən “İnter Mayami”yə transfer olunub.