
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq"in heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçunun komandası XXIX turda "Kayzerslautern"in qonağı olub.
"Fritz Valter" stadionunda baş tutan qarşılaşmada Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv 2:1 hesablı qələbə qazanıb.
Matça əsas heyətdə başlayan Emreli 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub. İki dəqiqə sonra sarı vərəqə ilə cəzalanan futbolçu 86-cı dəqiqədə əvəzlənib.
"Nürnberq" bu qələbə ilə xallarının sayını 44-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm ərzində meydana çıxdığı 20 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.