
"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXX turunun son oyununda "Zirə"ni qəbul edib.
Sportnet.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan qarşılaşmada "qartallar" 4:2 hesablı qələbəyə sevinib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı meydan sahibi komanda açıb. "Flaqman"ın heyətində 9-cu dəqiqədə Filip Ozobiç fərqlənib. 23-cü dəqiqədə isə Edvin Kuç fərqi artırıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdən qolları Rafael Utziq (43, 75) iki dəfə penaltidən, David Volkov (61) və Ceyhun Nuriyev (77) vurub.
"Zirə" bu qələbədən sonra xallarının sayını 58-ə çatdıraraq 2-ci pillədəki mövqeyini daha da möhkəmlədib. Samir Abasovun komandası 35 xalla 6-cıdır.
Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. "Kəpəz" - "Araz-Naxçıvan" matçında hesab açılmayıb - 0:0.
-------------------------------
"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının XXX turunda "Araz-Naxçıvan"ı qəbul edib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.
Görüşü FIFA referisi Kamal Umudlu idarə edib.
Bununla da Azər Bağırovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 28-ə çatdıraraq 8-ci pillədəki "Sumqayıt"la xal fərqini minimuma endirib. Elmar Baxşıyevin komandası 52 xalla 3-cüdür.
XXX turuna "Neftçi"- "Zirə" matçı ilə yekun vurulacaq. Oyun saat 19:15-də başlayacaq.
Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
-------------------------
Azərbaycan Premyer Liqasında XXX turun son oyun günündə "Kəpəz" "Araz-Naxçıvan"ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
Sportnet.az xəbər verir ki, ilk matç Tovuz şəhər stadionunda saat 17:00-da start götürəcək.
Görüşü FIFA referisi Kamal Umudlunun idarə edəcək.
“Araz-Naxçıvan” "Kəpəz"lə keçirdiyi son 3 oyunda qol buraxmayıb. Naxçıvan təmsilçisi son 4 səfər matçında qol vurub.
Azər Bağırovun baş məşqçisi olduğu Gəncə təmsilçisi 27 xalla 9-cu, Elmar Baxşıyevin komandası isə 51 xalla 3-cüdür.
Turun son oyununu isə "Neftçi Arena"da baş tutacaq. Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 19:15-də başlayacaq.
“Zirə” son 4 görüşdə qol vurub. “Neftçi” evdə ardıcıl 5 qələbə qazanıb.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 35 xalla 6-cı, Rəşad Sadıqovun komandası isə 55 xalla 2-cidir.
Bu gün "Neftçi" qələbə qazansa, "Qarabağ" sona 6 tur qalmış çempion olacaq. Çünki Ağdam komandası hazırda 73 xala malikdir və ikinci pillədəki "Zirə" ilə aralarındakı oyunlarda daha üstün tərəfdir. Yəni, qalan 6 oyunun hamısında "Qarabağ" uduzsa, "Zirə" isə qalib gəlsə, yenə də şəxsi oyunlarda üstün tərəf olan baş məşqçi Qurban Qurbanovun komandası birinciliyi əldən verəyəcək.
Qeyd edək ki, XXX turun digər oyunlarında "Qarabağ" səfərdə "Səbail"i 4:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 2:1, "Turan Tovuz" isə evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
XXX tur
13 aprel
17:00. "Kəpəz" – "Araz-Naxçıvan" - 0:0
Hakimlər: Kama Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu
19:15. "Neftçi" – "Zirə" - 2:4
Qollar: Filip Ozobiç 9,Edvin Kuç 23 - Rafael Utziq, 43 (pen.); 75 (pen.). David Volkov, 61. Ceyhun Nuriyev, 77
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
"Neftçi Arena".