
"Araz-Naxçıvan" futbolçusu İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İqor Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.