
"Neftçi"nin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacağı “Sabah” klubu ilə matçın hazırlığı başa çatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçulardan Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.