
Argentina millisinin futbolçusu Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” komandası CONCACAF Çempionlar Kubokunda ilk yarımfinal görüşündə uduzub.
Sportnet.az xəbər verir kİ, Devid Bekhemin klubu Kanadanın “Vankuver Uaytkaps” klubuna 0:2 hesabı ilə məğlub olub.
Qalib komandanın heyətində Brayan Uayt və Sebastyan Berxalter hərəyə bir qol vurublar.
“İnter Mayami”nin kapitanı Lionel Messi oyunun sonunadək meydanda olub. Onun “Barselona”dan olan sabiq komanda yoldaşları Luis Suares, Serxio Buskets və Jordi Alba da oyunu əvəzlənmədən keçiriblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 1-i olacaq.