
"Real Madrid" İspaniya Kubokunun finalında "Barselona"ya məğlub olub - 2:3.
Sportnet.az xəbər verir ki, bu, Madrid təmsilçisinin cari mövsümdə 13-cü məğlubiyyətidir.
Karlo Ançelottinin baş məşqçi olduğu komanda UEFA Çempionlar Liqasında 6, İspaniya La Liqasında 5, İspaniya Super Kubokunda 1 və İspaniya Kubokunda 1 dəfə məğlub olub.
Daha əvvəl Ançelottinin rəhbərliyi altında "Real Madrid" bir mövsümdə 12 dəfədən çox uduzmamışdı.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisidir. O, 2013 - 2015-ci illərdə də bu vəzifəni tutub.