
“Əvvəldən bilirdik ki, 1 xal belə, çempion olmağımıza kifayət edir. Bəlkə də onun rahatlığı vardı”.
Bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
28 yaşlı müdafiəçi mövsümün sonuna 4 tur qalmış çempionluğu rəsmiləşdirdikləri üçün sevincli olduğunu bildirib. O, komandasının çempionluğu daha sakit qarşılamasını əvvəldən hazırlıqlı olmasına bağlayıb: “Bizim üçün vacib oyunlardan biri idi.
Hər iki komandanın şansları vardı. Düşünürəm ki, azarkeşlər üçün maraqlı oyun keçdi. “Sabah” da aqressiv oyun göstərdi. Çempionluğiu rəsmiləşdirdiyimiz üçün şadam. Önümüzdəki oyunlara da yaxşı nəticə üçün çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” ardıcıl dördüncü mövsüm Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ümumilikdə 12 dəfə qızıl medala sahib çıxıb.