
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasında XXXIII turun “Kəpəz”lə oyununda komandasına kömək edə bilər.
Sportnet.az xəbər verir ki Bu barədə Teleqraf-a Azərbaycan milli komandasının və “ağ-qaralar”ın 33 yaşlı yarımmüdafiəçisinin özü məlumat verib.
O, Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında baş məşqçi Samir Abasovun “Sabah”la kubok matçında Emin Mahmudov zədələndi.
Ola bilər ki, mövsümü erkən başa vursun. İki aydır oynamırdı, çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır” fikrinin təsdiqini tapmayacağını bildirib.
Mahmudov MRT müayinəsindən sonra səhhətində ciddi problemin aşkarlanmadığını deyib: “Sadəcə, yorğunluqdan idi, ciddi bir şey yoxdur.
Düzdür, narahatlıq vardı. Amma MRT müayinəsindən sonra başqa şey gördük. Yaxın günlərdə məşqlərə başlayacağam. “Kəpəz”lə oyuna çıxıb-çıxmamağım həkimimin icazəsindən asılıdır. Hazırda özümdə ciddi narahatlıq hiss etmirəm, tezliklə meydana qayıdacağam”.
Qeyd edək kİ, “Neftçi” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”i qəbul edəcək. Mayın 4-də “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.