
AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçuları Qismət Alıyev və Elvin Camalovu 2 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, "Zirə"nin kapitanı Alıyev Azərbaycan Premyer Liqasında XXXIII turun “Turan Tovuz”la ev oyununun 59-cu, "Neftçi"nin yarımmüdafiəçisi Camalov isə "Kəpəz"lə qarşılaşmanın 70-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verib.
Onların klubları isə hərəyə 1 500 manat cərimələnib.
AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçuları Qismət Alıyev və Elvin Camalovu 2 oyunluq cəzalandırıb.
Bundan başqa, "Zirə" ilə görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat ziyana düşüb.
Eyni məbləğdə cəriməyə "Araz-Naxçıvan"la səfər matçında 4 futbolçusu sarı vərəqə alan "Sabah" klubu da məruz qalıb.
Qeyd edək ki, "Zirə" "Turan Tovuz"u 1:0 hesabı ilə yenib. "Neftçi" "Kəpəz"lə 2:2, "Sabah" "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.