
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, yığma Belarus seçməsi ilə üz-üzə gəlib.
Binə stadionundakı qarşılaşma Aqil Nəbiyevin baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, komandalar noyabrın 11-də növbəti dəfə qarşılaşacaqlar.