
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev "Eqnatiya" klubunun heyətində Albaniya çempionu olub.
Sportnet.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin komandası finalda “Vlajniya”nı darmadağın edib.
Əliyev bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, "Eqnatiya" tarixində ikinci dəfə Albaniya çempionu olub. Komandada cari mövsümdən çıxış edən Zamiq Əliyev isə legioner qismində ilk dəfə bu sevinci yaşayıb.