
Avropa Liqasının I təsnifat mərhələsində "İnter"in rəqibi olan Albaniyanın "Laçi" klubu yoxlama görüşündə qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, rəqibimiz "Partizan"la qarşılaşıb.
Bu görüşdə qalib müəyyənləşməyib və matç 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Laçi" - "İnter" oyunu iyulun 2-də baş tutacaq.






































































