
Bu gün Azərbaycan Premyer Liqasında XXXVI turun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Azersun Arena"da olacaq mərasimdə mövsümün qalibi "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
"Qarabağ" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq. Ağdam klubunun yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır.
Qeyd edək ki, "Zirə" mövsümü ikinci, "Araz-Naxçıvan" isə üçüncü yerin sahibi kimi bitirib.
Xatırladaq ki, "Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq.