
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk günün dörd qarşılaşması başa çatıb.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın ilk matçı B qrupunun komandaları - Fransa və Çad arasında baş tutub.
Qarşılaşma fransalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
C qrupunda Türkiyə Macarıstanla 1:1 hesablı heç-heçə edib, İngiltərə isə Ukraynanı 4:0 hesabı ilə darmadağın edib.
D qrupunda Portuqaliya Bolqarıstanı 3:1 məğlub edib, Slovakiya seçməsi isə Hindistan millisinə şans tanımayıb - 15:0.
Qeyd edək ki, günün digər oyunlarında Azərbaycan Bəhreynlə, Rumıniya Özbəkistanla, Mavritaniya isə Sloveniya ilə üz-üzə gələcək.