
Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 2024/25 mövsümünün final mərhələsində iştirak edəcək futbolçuların adını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Almaniyada keçiriləcək turnir üçün üçün 25 futbolçuya dəvət göndərib.
"Lion"dan ayrılacağını açıqlayan Rayan Şerki milli komandaya ilk dəfə çağırılıb.
Fransa yarımfinal mərhələsində İspaniya ilə üz-üzə gələcək. Komandalar arasında matç iyunun 5-i Almaniyanın Ştutqart şəhərində baş tutacaq. İlk finalçı isə iyunun 4-də Münhendə Almaniya və Portuqaliya arasında müəyyənləşəcək. Üçüncü yer üçün görüş iyunun 8-də Ştutqartda, final isə Münhendə keçiriləcək.
Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alıb. Azərbaycan millisi Fransa oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə qarşılaşacaq.