
Bu gün Azərbaycan II Liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Binə qəsəbə stadionunda, saat 16:00-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.
Qeyd edək ki, mövsümün yekunlarına əsasən, "Şahdağ Qusar" qızıl, "Şəfa" gümüş, "Şimal" bürünc medala layiq görüləcək. Bombardir adını isə "Şəmkir"in futbolçusu Vidadi Cəfərov 31 qolla əldə edib.