
İngiltərənin “Lester Siti" klubunun futbolçusu Ceymi Vardi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportnet.az “The Sun”a istinadən xəbər verir ki, 38 yaşlı ingilis hücumçu “Valensiya”nın maraq dairəsinə düşüb.
Mənbənin məlumatına görə, Vardi “yarasalar”ın baş məşqçisi Karlos Korberanın əsas transfer hədəflərindən biridir.
Qeyd edək ki, Ceymi Vardi yayda “Lester Siti”dən ayrılacaq. O, cari mövsüm ərzində meydana çıxdığı 36 oyunda 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.