
Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında III tura start verilib.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda B qrupunda Özbəkistanla Çad üz-üzə gəlib.
Qarşılaşma özbəklərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Özbəkistan 4 xalla növbəti mərhələyə yüksəlib. Eyni xala malik Fransa Rumıniya ilə münasibətlərə aydınlıq gətirəcək. Çadın aktivində 3 xal var.
Qeyd edək ki, Azərbaycan millisi bu gün A qrupunda Mavritaniya seçməsini sınağa çəkəcək.