
Hindistan millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını qolsuz və xalsız tərk edib.
Sportnet.az xəbər verir ki, Asiya təmsilçisi D qrupunda III tur qarşılaşmasında da böyük hesabla uduzub.
Bu dəfə Portuqaliya yığması ilə görüşdə 8 cavabsız qol qeydə alınıb.
Qeyd edək ki, Hindistan əvvəlki oyunlarında Slovakiyaya 0:15, Bolqarıstana 0:5 hesabı ilə uduzub. Ümumilikdə bu komanda 3 oyunda qapısından 28 top buraxıb. Portuqaliya isə qrupda maksimum nəticə ilə mərhələ adlayıb. Pireneylilər Hindistandan əvvəl Bolqarıstana 3:1, Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.