
Milli Gimnastika Arenasındakı minifutbol üzrə dünya çempionatında bu gün III turun son oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, daha 4 qrupda 8 qarşılaşmanın ardından 1/8 final mərhələsinin axırıncı 4 cütünün tərkibi müəyyənləşəcək.
Bu qruplardan Çexiya, Gürcüstan və Serbiya milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırıblar.
Dünya çempionatı, III tur
26 may
E qrupu
12:45. Kosta Rika - Tailand
22:00. İndoneziya - Monteneqro
F qrupu
16:30. Polşa - Bosniya və Herseqovina
20:45. Qazaxıstan - ABŞ
G qrupu
15:15. Argentina - BƏƏ
18:15. Çexiya - Gürcüstan
H qrupu
14:00. İsrail - İspaniya
19:30. Serbiya - Qana
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk 4 oyununda Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək. Görüşlər mayın 27-də keçiriləcək.