
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin son görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, Serbiya millisi Gürcüstanla üz-üzə gəlib.
Oyun Serbiyanın qələbəsi ilə yekunlaşıb - 3:2.
Beləliklə, mayın 29-da keçiriləcək 1/4 final mərhələsinin bütün cütlükləri məlum olub:
17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya
Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 30-da, 3-cü yer uğrunda və final oyunları isə iyunun 1-də olacaq.