
“Football Benchmark Group” agentliyi Avropanın ən yüksək bazar dəyərinə malik klublarının reytinqini dərc edib.
Sportnet.az xəbər verir ki, siyahıya dəyəri 6,3 milyard avro olan İspaniyanın "Real Madrid" klubu başçılıq edir.
İkinci yerdə İngiltərənin “Mançester Siti” (5,2 milyard avro), üçüncü yerdə isə “Mançester Yunayted” (5,1 milyard avro) qərarlaşıb.
Avropanın ən dəyərli 10 klubu:
1. "Real Madrid" (İspaniya) — 6,3 milyard avro
2. "Mançester Siti" (İngiltərə) — 5,2 milyard avro
3. "Mançester Yunayted" (İngiltərə) — 5,1 milyard avro
4. "Barselona" (İspaniya) — 4,5 milyard avro
5. "Bavariya" (Almaniya) — 4,3 milyard avro
6. "Liverpul" (İngiltərə) — 4,1 milyard avro
7. "Arsenal" (İngiltərə) — 3,9 milyard avro
8. PSJ (Fransa) — 3,8 milyard avro
9. "Tottenhem" (İngiltərə) — 3,6 milyard avro
10. "Çelsi" (İngiltərə) — 2,9 milyard avro.