
“Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Möhtəşəm atmosfer yaratmışdılar”.
Sportnet.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev dünya çempionatının 1/2 final mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub etdikləri final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandasınının əlindən gələni etdiyini söyləyib: “Azərbaycan artıq finaldadır. Bu oyunu yaddan çıxararaq finala hazırlaşmalıyıq”.
Baş məşqçi finalda qarşıla biləcəkləri Macarıstan və Serbiya seçmələrinin hər ikisinin çətin rəqib olduğunu bildirib: “Taktiki baxımdan Serbiya millisi daha yaxşı görsənir. Rəqibin bizim üçün fərqi yoxdur. Artıq bir addım qalıb. Əlimizdən gələni edərək çempionluğu qeyd etməliyik”.