
Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, yarımfinal matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.
İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma Ştutqart şəhərindəki "MHP Arena"da oynanılacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşün qalibi finalda Portuqaliya seçməsi ilə qarşılaşacaq.
Məğlub komanda 3-cü yer uğrunda Almaniya ilə oyuna çıxacaq.
Millətlər Liqasının finalı və üçüncü yer uğrunda oyun iyunun 8-də baş tutacaq.
Yada salaq ki, birinci yarımfinal oyununda Portuqaliya yığması 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanıb.