
Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında Bosniya Herseqovina evdə San Marinonu minimal hesabla üstələyib - 1:0.
H qrupunda yarışan bosniyalılar 3-cü oyundan sonra maksimum xalla liderdir. San Marino hər üç oyunu uduzub.
İngiltərə K qrupunda səfərdə Andorranı eynihesabla məğlub edib. Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv üç matçdan sonra 9 xalla birincidir. Andorranın aktivində xal yoxdur.
G qrupunda isə Malta öz meydanında Litva seçməsi ilə qolsuz bərabərliyə razılaşıb. Aktivində iki xalı olan qonaqlar 3-cü, ilk xalını qazanan maltalılar isə 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, günün digər oyunlarında Avstriya Rumıniyanı, Albaniya Serbiyanı, Finlandiya isə Niderlandı qəbul edəcək.