
İtaliyanın “Yuventus" klubu baş məşqçi İqor Tudorla bağlı qərar verib.
Sportnet.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş direktoru Damyen Komolli açıqlama verib.
Funksionerin sözlərinə görə, Tudor komandanın baş məşqçisi postunda qalacaq.
Daha əvvəl xorvatiyalı mütəxəssisin FIFA klublararası dünya çempionatından sonra “Yuventus”u tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, İqor Tudor 2025-ci ilin martında "Yuventus"un sükanı arxasına keçib. “Qoca sinyora” 2024/25 mövsümünü İtaliya A Seriyasında 4-cü pillədə başa vurub.