
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Sportnet.az xəbər verir ki, E qrupunun II tur matçında İtaliyanın "İnter" və Yaponiyanın "Urava Red Daymonds" komandaları üz-üzə gəlib.
Sietl şəhərindəki "Lümen Fild" stadionundakı görüş "İnter"in əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 11-ci dəqiqədə "Urava Red Diamonds"un futbolçusu Ryoma Vatanabi açıb. 78-ci dəqiqədə Lautato Martines bərabərlik, 90+2-ci dəqiqədə Valentin Karboni qələbə topunu vurub.
Bu qələbədən sonra "İnter" 4 xalla E qrupuna başçılıq edir. Xalsız "Urava" usə sonuncu yerdə gedir.